İran şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində
yaradılmış sənaye parklarına böyük maraq göstərir.
AzerTimes-ın
məlumatına görə, bunu Baş nazirin müavini Şahin Mustafayev
deyib.
O qeyd edib ki, İran şirkətləri üçün lazımi şərait
yaradılacaq.
Baş nazirin müavini əlavə edib ki, bu istiqamətdə ilkin
təkliflər artıq daxil olub.