İran şirkəti koronavirusun “omikron” ştammına qarşı peyvənd hazırlayıb

İranın Shifa Pharmed Industrial Group şirkəti çərşənbə günü
verdiyi açıqlamada koronavirusun “omikron” ştammına qarşı peyvəndin
heyvanlar üzərində aparılan tədqiqatlarını uğurlu olduöğnu
açıqlayıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, peyvəndin yüksək
yoluxucu varianta qarşı 100% effektivlik göstərdiyi bildirilib.

Koronavirusa qarşı yerli istehsal olan COVIran Barekat
peyvəndini istehsal edən şirkət, ölkədə bu varianta ilk yoluxma
hadisəsi bildirildikdən dərhal sonra “omikron” ştammına qarşı yeni
peyvənd hazırlamağa başladığını bildirmişdir.

Həmçinin qeyd olunur ki, lazımi icazələrin alınması üçün
peyvəndin klinik sınaqlarının aparılması üçün protokolu İranın Qida
və Dərman İdarəsinə və Tibbi Etika Komitəsinə təqdim edilib.

Qeyd edək ki, ümumilikdə İranda insanlara 138 milyondan çox
vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi
sayı 61,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı
54,9 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 21,7
milyon təşkil edir.

Teqlər: