İran şirkəti Azərbaycanda sənaye parkının rezidenti ola bilər

Xəbər - Sədrəddin Ağcayev – Trend:

İran şirkəti Azərbaycanda “Araz vadisi iqtisadi zonası” sənaye parkının rezidenti ola bilər.

AzerTimes-ın məlumatına görə, bunu baş nazirin müavini Şahin Mustafayev deyib.

O, şirkətin adını açıqlamayıb.

“Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına İran şirkətlərinin də cəlb olunması planlaşdırılır. Həmçinin, İran şirkətinin “Araz vadisi iqtisadi zonası” sənaye parkının rezidenti olması planlaşdırılır”, – deyə o bildirib.

Baş nazir müavininin sözlərinə görə, İran tərəfi ilə nəqliyyat sahəsində əməkdaşlıq Azərbaycan qarşısında yeni imkanlar açır.

“Biz Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra yaranmış yeni geosiyasi reallıqda yeni əməkdaşlıq formatına daxil olmuşuq. Azərbaycan hökuməti ərazilərin tamamilə dağıdılmasına baxmayaraq, sülh və bütün qonşularla münasibətlərin inkişafı siyasətini yürüdür”, – Ş.Mustafayev vurğulayıb.

(Tərcümə: Orxan Nəbiyev)