İran silahları Avropa üçün təhlükədir – Leyen

İran silahları Avropa üçün təhlükədir – Leyen

İran silahlarının dünyaya yayılması Avropa üçün təhlükədir.

AzerTimes xəbər verir ki, bu sözləri Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Bəhreynin paytaxtı Manamada keçirilən konfransda çıxışı zamanı deyib.

Ukrayna müharibəsində istifadə edilən İran pilotsuz təyyarələrinin Rusiyaya göndərilməsinə toxunan rəsmi İrana daha çox sanksiyanın tətbiq edilməsinin vacibliyini vurğulayıb.

“İran pilotsuz təyyarələrini Rusiyaya göndərməklə dünyanın düzənini zəiflətmək istiqamətində hərəkət edib. İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışmaqla yanaşı, həmçinin pilotsuz təyyarələrdən tutmuş ballistik raketlərə qədər, hərbi silahların yayılmasının digər formalarına da diqqət yetirməliyik. Ona görə ki, bu silahlar təkcə Yaxın Şərq üçün deyil, hamımız üçün təhlükəsizlik riskidir”, – Leyen çıxışında qeyd edib.

Teqlər: