İran “sərhədin o tayında” terrorçular tapdı

İran “sərhədin o tayında” terrorçular tapdı

Kirmanda baş verən terror hadisəsində kamikadzelərə dəstək verən 35 nəfər həbs edilib.

AzerTimes xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Məlumata əsasən, əməliyyatın əsas tərtibatçısı və dəstəkçisi “Abdullah Taciki” ləqəbli tacik əsilli şəxs olub. O, hadisədən iki gün əvvəl İranı tərk edib.

“İndiyədək Kirman, Sistan və Bəlucistan, Xorasan, İsfahan, Tehran və Qərbi Azərbaycan əyalətlərində 35 nəfər həbs edilib. Həmçinin sərhədin o tayında Kirman teraktında iştirak edən bir sıra cinayətkarlar müəyyən edilib və onların təqibi ciddi şəkildə davam edir”, – məlumatda bildirilib.

Qeyd edək ki, kamikadzelərdən birinin şəxsiyyəti tam müəyyən edilib. O, İsrail əsilli Tacikistan vətəndaşı 24 yaşlı Amanullah Bozrovdur.

Xatırladaq ki, yanvarın 3-də Kirman şəhərində Qüds briqadasının keçmiş komandiri Qasım Süleymaninin ölümünün 4-cü ildönümü mərasimində iki partlayış törədilib. Nəticədə 94 nəfər ölüb, 281 nəfər yaralanıb.

Teqlər: