İran Azərbaycanın Naxçıvan sərhədinə yaxın ərazidə yeni hərbi təlim keçirməyə hazırlaşır.
AzerTimes xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda bölgəyə 300-dən artıq hərbi texnika və tankın göndərildiyi bildirilir.
Qeyd edək ki, iki gün öncə İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt şəhərinə (Naxçıvanla sərhədə yaxın) çox sayda silah-sursat, 280-300 ədəd hərbi maşın topladığı, minə yaxın hərbçi yerləşdirdiyi barədə məlumat yayılmışdı.
Bundan əlavə, dünən SEPAH Quru Qoşunlarının komandanı general Sərdar Məhəmməd Pakpur Azərbaycan və Ermənistanla həmsərhəd rayonlardakı bölmələrin yerləşdiyi ərazilərə səfər edib. Ondan əvvəl isə İran Sərhəd Qoşunlarının komandanı Əhməd Əli Qudərzi Xudafərin bölgəsinə gəlmişdi.