İranın Əfqanistanla sərhəd əyaləti Sistan və Bəlucistanda son bir həftə ərzində Əfqanistanın 11 vətəndaşı İran sərhədçiləri tərəfindən öldürülüb.
AzerTimes xəbər verir ki, öldürülənlərin yaşı 20-dən az olub və onların meyiti Əfqanistan Miqrasiya Nazirliyinin İrana səfər edən nümayəndə heyətinə təhvil verilib.
Qeyd edək ki, son 11 ay müddətində İranda öldürülən yüzlərlə əfqandan 470-nin meyiti Taliban hökumətinə göndərilib.