İran səhv etdi – İsrail yardıma başladı

İran səhv etdi – İsrail yardıma başladı

Son dövrlər İsrail NATO vasitəsilə Ukraynaya kəşfiyyat yardımını artırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Haartez” nəşri Brüsseldəki mənbələrə istinadən məlumat yayıb.

“İranın Rusiyaya PUA verməsi və hərbi əməkdaşlığı genişləndirməsi Tehranın strateji səhvidir”, – deyə bildirilib.

Qeyd edilir ki, cəmi ay yarım əvvəl İsrail müdafiə naziri Benni Qantz və Qərargah rəisi Aviv Kohavi Ukrayna MN-nin İranın vurulan PUA-ları ilə bağlı məlumatları bölüşmək müraciətini rədd edirdilər.

Belə ki, Bennet-Lapid hakimiyyəti Ukraynaya hər hansı hərbi yardımdan imtina edərək, humanitar yardımla kifayətlənirdilər.

“Təl-Əviv ehtiyat edir ki, Rusiya cavab olaraq İsrail qırıcılarının Suriya avinaməkanında uçuşuna mane yarada bilər. Bu mənada İran da İsrailə qarşı ölkənin şimalında varlığını gücləndirmək niyyətindədir. Lakin Amerikanın təzyiqi və İranın Rusiyaya yardımının artması İsraili öz biganəlik siyasətindən əl çəkməyə inandırdı”, – mənbə nəşrə bildirib.

Teqlər: