İran səfirliyinin Bakıya qarşı cinayətdə iştirakı…

İran səfirliyinin Bakıya qarşı cinayətdə iştirakı…

Dövlət Təhlükəsizlik Xidmətinin İran cəsuslarını ifşa etməsi ciddi uğurdu.

AzerTimes xəbər verir ki, bu sözləri millət vəkili Azay Quliyev qeyd edib.

O bildirib ki, İran xüsusi xidmət orqanlarının Azərbaycan vətəndaşlarını cəlb etməklə ölkəmizin konstitusiya quruluşuna və milli təhlükəsizliyinə qarşı hazırladığı gizli və xain planın DTX tərəfindən ifşa olunması ciddi hadisədir.

“Son günlər molla rejiminin Araz boyunca “hərbi təlimlər” keçirməsi, rejimin rəsmi şəxsləri və mediası tərəfindən Azərbaycana qarşı təhdid və hədə-qorxu dolu bəyanatlarının sayının artması fonunda İran xüsusi xidmət orqanlarının bu cür çirkin əməllərə əl atacağı gözlənilən idi.

İranın Bakıdakı səfirliyinin əməkdaşlarının bu planın təşkilində iştirak etməsi ilə bağlı yayılan məlumatlar vəziyyəti daha da ağırlaşdırır və bu məlumatlar təsdiqini taparsa, həmin əməkdaşların “persona non qrata” elan olunması qaçılmaz olacaq.

İran xüsusi xidmət orqanlarının ölkəmizə qarşı düşməncəsinə hazırladığı planı ifşa edən DTX əməkdaşlarına təşəkkür edir və dövlətimizin təhlükəsizliyinin təmin olunması kimi çətin və məsuliyyətli işlərində onlara uğurlar arzulayıram”, – millət vəkili vurğulayıb.

Teqlər: