İran səfirliyində təhlükəsizlik gücləndirildi – Foto

İran səfirliyində təhlükəsizlik gücləndirildi – Foto

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Səfirlik nümayəndələri binanı tərk etməyib, onların xidməti avtomobilləri binanın qarşısında park edilib.

AzerTimes xəbər verir ki, səfirliyin binasının yerləşdiyi Bünyad Sərdarov küçəsinin hər iki hissəsində piyadaların gediş-gəlişi məhdudlaşdırılıb.

Məhdudlaşdırılma yalnız piyadalar üçün nəzərdə tutulub. Avtomobillərin gediş-gəlişi sərbəstdir.

Səfirliyin qarşısına, o cümlədən binanın yaxınlığına çox sayda polis əməkdaşları cəlb edilib.

Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir.

Teqlər: