İranın Azərbaycandakı səfiri Abbas Musəvi İsrailin Azərbaycandakı səfiri Corc Dikin tvitinə cavab verib.
AzerTimes xəbər verir ki, səfirin cavabı sosial şəbəkə istifadəçiləri tərəfindən sərt tənqid olunub.
Sözügedən paylaşımı təqdim edirik:
“Bu macəraçı oğlancığazın məlumatı üçün: Bizim əziz Təbrizimiz İranın qürurlu tarixində ilklər diyarı kimi tanınır. Görünür, ilk şər sionisti də qeyrətli Təbriz camaatı dəfn edəcək. Qırmızı xəttimizi heç vaxt keçmə, heç vaxt!”, – A.Musəvi Tviterdə yazıb.