İran səfirini geri çağırdı, Küveytdə hind malları yığışdırılır

İran səfirini geri çağırdı, Küveytdə hind malları yığışdırılır

Küveytdə bir supermarket Hindistan istehsalı olan məhsulların satışını dayandırıb.

AzerTimes xəbər verir ki, buna səbəb Hindistanın hakim partiyasının sözçüsünün Məhəmməd Peyğəmbər barəsində nəlayiq ifadələr işlətməsi olub.

Supermarketdə düyü torbaları, ədviyyatlar və çili bibərləri olan rəflər polietilenlə örtülüb. Lövhələrdə isə ərəbcə “Hindistan mallarını yığışdırdıq” deyə yazılıb.

Qeyd edək ki, Hindistanın hakim “Bxaratiya Canata” partiyasının sözçüsünün islam peyğəmbərinin ünvanına təhqiramiz ifadələr işlətməsi müsəlman ölkələrində ciddi etirazlarla qarşılanıb.

Qətər və Küveyt Hindistan rəsmilərindən üzr istəməyi tələb edib, İran Hindistandakı səfirini geri çağıran ölkələrdən olub.

Səudiyyə Ərəbistanında yerləşən Ümumdünya Müsəlman Liqası isə bu təhqirin cavabsız qalmayacağını bildirib.

Modinin partiyası sözçünü artıq vəzifəsindən kənarlaşdırıb.

Teqlər: