İran səfiri Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib (VİDEO)

İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi 28
May-Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını
təbrik edib.

AzerTimes-ın məlumatına görə, bu barədə İranın Azərbaycandakı səfiri “Facebook” səhifəsində Azərbaycan dilində videopaylaşım edib.

İran səfiri bildirib: “28 May-Müstəqillik Günü münasibətilə əziz
Azərbaycan xalqını və dövlətini səmimi qəlbdən təbrik edir, İran və
Azərbaycan xalqları üçün cansağlığı, rifah və əbədi dostluq arzu
edirəm. Yaşasın İran və Azərbaycan dostluğu”.

Teqlər: