İranda keçirilən prezident seçkisinin ikinci turunda Azərbaycan Respublikasında (Bakı və Naxçıvan) səsvermənin nəticələri elan edilib.
AzerTimes xəbər verir ki, bu barədə İran Seçki Qərargahı məlumat yayıb.
Bildirilib ki, ümumilikdə 550 səs verilib, onlardan 490-ı Məsud Pezeşkiana, 55-i Səid Cəliliyə verilib, 5 bülleten isə etibarsız sayılıb.