ABŞ-da yaşayan İran şahzadəsi Rza Pəhləvi və onun İsrailə planlaşdırılan səfəri İran XİN tribunasından şərh edilməyə layiq deyil.
AzerTimes xəbər verir ki, bunu İran XİN sözçüsü Nasir Kənani deyib.
“Əminəm ki, nə adını çəkdiyiniz şəxs, nə səfəri, nə də gedəcəyi yer bu tribunadan onlarla bağlı hər hansı şərhə layiq deyil”, – o bildirib.
Qeyd edək ki, İsrailin kəşfiyyat və atom enerjisi naziri Gila Qamlielin hazırda ABŞ-da yaşayan İran vəliəhdi şahzadə Rza Pəhləvi ilə görüşəcəyi planlaşdırılır.