İranın noyabrın 3-də Moskvaya göndərdiyi nəqliyyat təyyarəsində PUA-lar ola bilər.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, İl-76 noyabrın 3-ü səhər tezdən Tehrandan havaya qalxaraq günorta saatlarında Moskvadakı “Vnukovo” hava limanına enib.
Hərbi ekspert Yulian Röpke qeyd edir ki, uçuş ABŞ-ın sanksiyalar siyahısında olan “Pouya Air” aviaşirkəti tərəfindən həyata keçirilib. Eyni zamanda ABŞ Maliyyə Nazirliyi bu aviaşirkətin təyyarələrinin qeyri-qanuni yüklərin daşınması üçün istifadə olunduğunu iddia edir.