İran Rusiyaya yeni tipli uzaqmənzilli pilotsuz uçuş aparatlarının daşınması üçün gəmilərdən və dövlət aviaşirkətindən istifadə edib.
AzerTimes xəbər verir ki, bu barədə “Qardian” İrandakı mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, 18 PUA partiyası ötən ilin noyabrında rus zabit və texnikləri Tehrana xüsusi səfər etdikdən sonra Rusiya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib və orada onlara İran texnologiyalarının bütün spektri nümayiş etdirilib:
“Rusiya nümayəndə heyəti 200 km-ə yaxın uçuş məsafəsinə malik olan və hər qanadının altında iki raket daşıyan altı “Mühacir-6” pilotsuz təyyarəsini, həmçinin 12 “Şahid-191” və “Şahid-129” pilotsuz təyyarəsini seçib. Rusiyaya göndərilən pilotsuz təyyarələrin əksəriyyəti İran gəmisi tərəfindən qaçaqmalçılıq yolu ilə Xəzər sahilindəki bazadan gətirilib. Daha sonra dənizdə pilotsuz təyyarələr Rusiya hərbi katerinə təhvil verilib. Digər pilotsuz təyyarələr İranın dövlət aviaşirkəti tərəfindən göndərilib. İran və Rusiyanın Xəzər dənizinə çıxışı var, bu da onların arasında fiziki transferləri nisbətən asanlaşdırır. İran həmçinin pilotsuz təyyarələrin işə salınmasına kömək etmək üçün Moskvaya texniki işçilər göndərib. Hər bir pilotsuz təyyarə üçün üç iranlı mütəxəssis – ümumilikdə 54… Onlar cihazların Rusiya ordusuna inteqrasiyasına kömək ediblər”.