İranın BMT-dəki daimi nümayəndəliyi “Röyters”in Tehranın Moskvaya çox sayda güclü “yer-yer” ballistik raketlər verməsi ilə bağlı iddialarını təkzib edib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
“Ballistik raketlərin satışı ilə bağlı qanuni məhdudiyyətlər olmasa da, İran əxlaqi cəhətdən Rusiya-Ukrayna münaqişəsi zamanı müharibəni alovlandırmamaq üçün silah ticarətindən çəkinməyə borcludur və bu, İranın beynəlxalq hüquqa, eyni zamanda BMT Nizamnaməsinə riayət etməsi ilə bağlıdır”, – nümayəndəliyin məlumatında bildirilib.