İran Rusiyaya ballistik raketlər tədarük etməyib.
AzerTimes xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi X hesabında yazıb.
“Yenə də ABŞ-la “Avropa üçlüyü” (Almaniya, Fransa və Böyük Britaniya) səhv kəşfiyyat və qüsurlu məntiqlə hərəkət edir. İran Rusiyaya ballistik raketlər tədarük etməyib. Sanksiya aludəçiləri özlərinə sual verməlidirlər: İran necə müasir silahlar istehsal edə və sata bilər? Sanksiyalar həll yolu deyil, problemin bir hissəsidir”, – XİN rəhbəri qeyd edib.