İran Rusiyaya ballistik raket versə… – Süleymani

İran Rusiyaya ballistik raket versə… – Süleymani

İran ballistik raketlərini Rusiyaya verməz. Əslində məncə verməməli və bu məsələdə bitərəf qalmalıdır. Çünki bu mövqedə İranın maddi gəliri olsa belə, zərəri qazancından daha çox olacaq. Ancaq bütün bunlara baxmayaraq, İran belə bir addım atarsa, sözsüz ki, ölkəyə siyasi və iqdisadi təziqlər çoxalacaqdır. Həmçinin hər nə qədər prezidentin İran xarici siyasətində böyük rolu olmasa da, Pezeşkianın yeni hakimiyyətə gəlməsini də nəzərə alsaq, bu işin baş tutacağını düşünmürəm. Əks halda bunun adınca digər ciddi məsələlər ortaya çıxa bilər.

Bu sözləri AzerTimes-a açıqlamasında İranın Azərbaycandakı keçmiş səfiri, politoloq Əfşar Süleymani İranın Rusiyaya ballistik raket verməsi ilə bağlı iddialar barədə danışarkən bildirib.

“İranın Rusiyaya ballistik raket satması ilə bağlı KİV-də müxtəlif fikirlər səslənsə də İranın Xarici İşlər Nazirliyi bildiyiniz kimi məsələ barədə təkzib yayımladı. Həmçinin İranın BMT-dəki nümayəndəsi də bu fikirdə təkid edib. Rusiya da öz növbəsində İranın bu mövqeyini təsdiqləyib. Digər tərəfdən, Rusiyanın özünün kifayət qədər ballistik raketləri var”, – Süleymani bildirib.

Keçmiş səfir bildirib ki, İranın bu raketləri verməsi barədə fikirlər səslənsə belə, bununla bağlı rəsmi sənədlər təqim olunmayıb.

Teqlər: