İran Ukraynaya qarşı müharibədə Rusiya üçün əsas sütunlardan biridir.
AzerTimes xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel bildirib.
Patelin sözlərinə görə, hazırda ölkələr arasında hərbi tərəfdaşlıq dərinləşməkdə davam edir:
“Rusiya İrandan yüzlərlə birdəfəlik zərbə PUA-ları, həmçinin onların istehsalı üçün avadanlıq alıb. Dronlardan demək olar ki, hər gün Ukrayna ərazisini atəşə tutmaq üçün istifadə olunur”.