İran Rusiyanın ən yeni silahlarını almaq istəyir

İran Rusiyanın ən yeni silahlarını almaq istəyir

İran Rusiyanın ən son silahlarını hərbi-texniki əməkdaşlıq yolu ilə almaqda maraqlıdır.

Bunu İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib. Cəlali Rusiya Federasiyasının bu sahədə İranın prioritet tərəfdaşı olduğunu bildirib.

Onun sözlərinə görə, İran Rusiya ilə müdafiə qabiliyyətini gücləndirmək üçün məsləhətləşmələr aparmaq niyyətindədir.

O, Rusiyanın hərbi-texniki sahədə böyük imkanlarının olduğunu və İranın bu sahədə iki ölkə arasında əlaqələrin güclənəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, Cəlali daha əvvəl bildirmişdi ki, BMT Təhlükəsizlik Şurası İrana qarşı silah embarqosunu uzadarsa, bu, öz növbəsində İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) sona çatmasına səbəb olacaq.