Rusiyadan S-300 və S-400 zenit-raket komplekslərini İrana təhvil verməsini istəyirik.
AzerTimes xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Mənuçöhr Möttəki deyib.
O, Rusiyanı zenit-raket komplekslərinin tədarükü ilə bağlı müqaviləyə əməl etməyə çağırıb.
Qeyd edək ki, bir neçə ildir İran tərəfi S-400 zenit-raket komleksi və Su-35 qırıcılarının Tehrana veriləcəyi barədə iddialar irəli sürsə də, bu, indiyə kimi baş tutmayıb.