İran Rusiyadan kömək istədi

İran Rusiyadan kömək istədi

İran İsrailin mümkün hücumunu nəzərə alaraq Rusiyadan peyk kəşfiyyatı ilə bağlı kömək istəyib.

AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə iki İran rəsmisi anonimlik şərti ilə “Nyu York Tayms” qəzetinə danışıb.

“İranlılar İsrailin cavab zərbəsini gözləyirlər. Ona görə də, İsrailin mümkün hücumuna hazırlıq məqsədilə Rusiyadan peyk kəşfiyyatının aparılmasını istəyirlər. Ancaq Moskvanın Tehranın tələbinə necə cavab verdiyi açıqlanmır”, – məlumatda bildirilib.

Qeyd edək ki, daha öncə İranın xarici işlər naziri bildirib ki, ordu İsrailin mümkün hücumuna hazırdır. SEPAH vurğulayıb ki, yəhudi dövlətinin potensial hücumu fonunda İsrailin üç elektrik stansiyasına və bir neçə neft emalı zavoduna zərbələr endirilə bilər.

Teqlər: