Moskva Tehranla birlikdə Rusiya ərazisində yüzlərlə PUA istehsalına başlamaq barədə razılığa gəlib.
AzerTimes xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumat yayıb.
Bildirilib ki, Tehran Ukrayna ilə münaqişədə özünü neytral göstərməyə çalışsa da, İrana məxsus pilotsuz təyyarələrin Ukrayna şəhərləri üzərində peyda olması Avropadan yeni iqtisadi sanksiyalar təhdidinə səbəb olub.
Rəsmilərin dediyinə görə, İran liderləri dronların Rusiyada yığılacağı təqdirdə yeni sanksiyalardan qaça biləcəklərinə ümid edirlər.