İran Rusiyaya avadanlıqların ixracı və rus təyyarələrinə texniki xidmətlə bağlı saziş imzalamağı qərara alıb.
AzerTimes xəbər verir ki, bu sözləri İran mülki Aviasiya İdarəsinin nümayəndəsi Mirəkbər Rzavi deyib.
“İran istehsalı olan hissələrin və avadanlığın Rusiyaya ixracını təmin etmək, o cümlədən İranın servis mərkəzləri tərəfindən Rusiya təyyarələrini təmir etmək və texniki xidmət göstərmək üçün Moskva ilə əməkdaşlıq sazişinin imzalanması qərara alınıb”, – o bildirib.