İran rəsmisinin qardaşı xarici ölkədən sığınacaq aldı

İran rəsmisinin qardaşı xarici ölkədən sığınacaq aldı

İran Dövlət Radio və Televizya Şirkətinin rəhbəri Peyman Cəbəlinin qardaşı Meysəm Çəbəli xarici ölkədən sığınacaq alıb.

AzerTimes xəbər verir ki, o ölkəni tərk etməsinin səbəbi kimi qardaşı oğlunun SEPAH-ın 2020-ci il yanvarın 8-də Tehran səmasında vurulan Ukrayna təyyarəsində öldürülməsini göstərib.

“Qardaşım oğlu Məhəmməd Əmin Cəbəli SEPAH-ın vurduğu təyyarədə öldürüldü. Qardaşım Peyman Cəbəli hakimiyyətin tərəfini saxladı və onun qanının batmasına səbəb oldu”, – o deyib.

M.Cəbəlinin hansı ölkədən sığınacaq aldığı barədə açıqlama verilməyib.

Teqlər: