Avqustun 8-də İran Silahlı Qüvvələrinin Ədliyyə Təşkilatının rəhbəri Əhmədrza Purxaqan İran-Azərbaycan sərhədinin Nəmin bölgəsinə baş çəkib.
AzerTimes bildirir ki, bu barədə “Mizan Onlayn” xəbər verib.
Qeyd olunub ki, İran ordusunun rəsmisi ölkə sərhədçilərinin İranın müdafiəsinə hazır olduğunu vurğulayıb.
Eyni zamanda səfər zamanı Əhmədrza Purxaqan Azərbaycanla sərhədi “dostluq və qardaşlıq sərhədi” adlandırıb.