“Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalıdır”.
Bunu İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin xarici məsələlər üzrə müşaviri, İslam Respublikasının keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti Gənc Jurnalistlər Cəmiyyəti Xəbər Agentliyinə Azərbaycanla Ermənistan arasında yaranan gərginlikdən danışarkən bildirib.
“Beynəlxalq hüquqa əsasən ölkələrin ərazi bütövlüyü məsələsinə hörmətlə yanaşırıq. BMT üzvü olaraq bu məsələdə qətiyyətliyik. Bir ölkənin torpağı başqa bir ölkə tərəfindən işğal edilib. Azərbaycanın Respublikasının 7 rayonu işğal olunub. Bununla bağlı BMT Təhlükəsizlik Şurasında 4 qətnamə qəbul edilib. Bütün bunlar Ermənistanın işğal etdiyi torpaqları tərk edərək beynəlxalq səviyyədə tanınan sərhədlərinə çəkilməsini tələb edir”, – Əli Əkbər Vilayəti bildirib.