İran rəsmiləri İrəvanda bu magistralı müzakirə etdi

İran rəsmiləri İrəvanda bu magistralı müzakirə etdi

Ermənistanda səfərdə olan İranın Turizm və Avtomobil Federasiyasının rəhbəri Məhəmməd Hüseyn Sufinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyində görüşlər keçirib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat yayıb.

Məlumata görə, iki ölkə nümayəndələri Şimal-Cənub magistralının Qarakilsə-Qacaran (Sisian-Kacaran) hissəsinin tikintisi və miqrasiya məsələləri haqda müzakirələr aparıblar.

İran tərəfi bir sıra beynəlxalq sənədləri ratifikasiya etməklə ölkəyə giriş və çıxış prosedurlarının xeyli sadələşdiriləcəyinə ümid etdiyini bildirib.

Teqlər: