Yanvarın 28-i gecə saatlarında Xoy şəhərində baş verən zəlzələ nəticəsində evləri xəsarət alan azərbaycanlıların etirazlarına hökumətin sərt müdaxiləsi geniş reaksiyalara səbəb olub.
AzerTimes xəbər verir ki, İranın keçmiş şahının oğlu Rza Pəhləvi də hadisəyə münasibət bildirib .
“İran hökuməti zəlzələdən zərər çəkənlərə təcili yardım etmək əvəzinə bölgəyə repressiv qüvvələr və texnikalar göndərib. Əlbəttə, cinayətkar və antiiran rejimindən bundan başqa heç nə gözlənilmirdi”, – Rza Pəhləvi özünün Tvitter səhifəsində yazıb.