İran rejimi “kiçik güzəştə” getdi – cin şüşədən çıxdı…

İran rejimi “kiçik güzəştə” getdi – cin şüşədən çıxdı…

İranda əxlaq polisinin ləğvi nə deməkdir? Bu islahat deyil, sadəcə etirazçıların artan təzyiqini azaltmaq məqsədi daşıyır.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, əxlaq polisinin ləğvini rejim “kiçik güzəşt” kimi qiymətləndirir:

“Ancaq əxlaq polisinin ləğvi İranda qadınların geyim azadlığına şərait yaradırmı – bu suala hələ aydın cavab verməyiblər. Ancaq cin şüşədən çıxıb. İranda son 3 ayda qadınların bir qismi etiraz əlaməti olaraq onsuz da başlarını açırdılar və artıq kimsə onları polisə aparmırdı, yollarda “əxlaq polisi” də yoxa çıxmışdı. İranda başqa qadağalar da var, xarici televiziya kanallarına baxmaq, evlərin damlarında çanaq antenalar yerləşdirmək, Qərb musiqisini dinləmək yasaqdır. Bu qadağalar da ləğv olunacaqmı?”

Teqlər: