Son aylar İranda elektrik enerjisi çatışmazlığı sənaye sahəsində də böhran yaranmasına səbəb olub.
AzerTimes xəbər verir ki, bu barədə elektrik enerjisi üzrə mütəxəssis Mehdi Ərəb Sadiq açıqlama verib.
Onun sözlərinə görə, elektrik çatışmazlığı səbəbindən bir çox zavod və xüsusi şirkətlər müflis olaraq fəaliyyətlərini dayandırmağa məcbur olublar.
Bəzi ekspertlər hakimiyyətin bu məsələdə maraqlı olduğunu və bununla da atom elektrik stansiyalarının tikintisi üçün əsas əldə etməyə çalışdığını bildirirlər.