İran rejimi çökür: müqayisə üçün faktlar…

İran rejimi çökür: müqayisə üçün faktlar…

İranda bu gün baş verənlər SSRİ-nin son dövrünü – təxminən 1986-87-ci illəri xatırladır.

AzerTimes xəbər verir ki, bu sözləri ekspert Natiq Cəfərli qeyd edib.

“Əslində İran və SSRİ sistem, ideologiya, metadologiya olaraq bir-birinə çox yaxın ölkələrdir. SSRİ millət, kimlik anlayışını unutdurub, hamıdan “sovet adamı” düzəltmək, davranış qaydalarını, hətta geyim-keçimlərini, düşüncə tərzini dizayn-nəzarət etmək istəyirdi (sovet vaxtı “stilyaqaları” geyimlərinə görə təqib edirdilər); imperiyanı qorumaq üçün kommunist, əslində cəlbedici olan “sol” ideologiyanı ifrat hala salıb, istismar etməyə çalışırdılar.

Eyni ilə İran da müqəddəs dinimizi, inancımızı dövlət ideologiyasına xidmət etmək, Fars imperiyasının inersiyasını qorumaq üçün istismar edib insanların davranış qaydalarına, geyim tərzinə, düşüncəsinə nəzarət etməyə başladı. İran rejimi də millət, etnik kimlik anlayışlarını “ümmətlə” əvəz edərək yeni insan tipi yaratmağa çalışırdı.

SSRİ-də 1985-86-cı illərdə “aşkarlıq”, “yenidənqurma” anlayışları yaranan kimi sistem çat verməyə başladı. Sonra isə bütün qanlı əməllərlə İmperiyanı qorumaq cəhdlərinə baxmayaraq (Almatı, Tiflis, Vilnüs, Bakı) sistem çökdü.

Bu gün İranda əgər sistemə qarşı etirazlar rejimi geri addım atmağa (“əxlaq polisinin” ləğvi xəbərləri, İran konstitusiyasına dəyişikliklərin təklifi) məcbur edirsə, bu, sonun başlanğıcı və sistemin çat verərək zəifləməsi deməkdir. Yəni SSRİ analogiyasına görə bugün İranda 1986-87-ci illərdir, 1990-91-ci illərə isə çox az qalıb”, – ekspert bildirib.

Teqlər: