İran qorxur ki, Zəngəzur dəhlizi açılsa… – “Foreign Affairs”

İran qorxur ki, Zəngəzur dəhlizi açılsa… – “Foreign Affairs”

İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxmaqla regional inkişafı ləngidir.

AzerTimes xəbər verir ki, bu barədə “Foreign Affairs” jurnalı məlumat yayıb.

“Azərbaycanın iki hissəsini – Naxçıvan Muxtar Respublikası və ölkənin qalan hissəsini quru yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin yaradılmasını İran Ermənistana çıxışının kəsilməsi kimi qəbul edir.

İran Ermənistanı Avrasiya ilə kritik bir əlaqə kimi görür və regionun beynəlxalq səviyyədə tanınmış sərhədlərində istənilən dəyişikliyə qarşı hərbi güc tətbiq etməklə hədələyir. Türkiyə Prezidenti Ərdoğanla sonuncu görüşü zamanı İranın ali dini lideri Xamenei “minilliklər boyu rabitə yolu olan” ərazini bağlayaraq, İran və Ermənistan arasında maneə yaratmamaq barədə xəbərdarlıq etmişdi”, – məlumatda deyilir.

Qeyd olunur ki, Qarabağ müharibəsi regionda yeni reallıqlar yaradıb:

“Şiə din xadimləri tərəfindən idarə olunan İran uzun müddətdir əsas himayədarı Rusiya olan xristianların çoxluq təşkil etdiyi Ermənistana iqtisadi dəstək verir. Bu arada İsrail və Türkiyə əsasən şiə olan Azərbaycanla strateji müttəfiqlik bağlayıb. Baxmyaraq ki, Türkiyədə sünnilər üstünlük təşkil edir. Azərbaycanla İran arasında münasibətlər çox çətin dövrlərdən keçir. Xüsusilə, İran Azərbaycanın İsraillə münasibətlərinin yaxşılaşmasından çox narahatdır. Son illərdə İran İsrail və Fars körfəzindəki ərəb monarxlarının Tehrana qarşı ortaq düşmənçiliklərinə görə yaxınlaşmalarını müşahidə edib. İran indi İsrail və əsasən türk olan iki ölkə – Türkiyə və Azərbaycan arasında oxşar dinamikanın inkişafından qorxur”.

Teqlər: