İran Qərbi Azərbaycanda yeni AES tikir

İran Qərbi Azərbaycanda yeni AES tikir

İran ən azı 300 MVt gücündə “Karun” adlı yeni AES-in tikintisinə başlayıb.

AzerTimes xəbər verir ki, bunu İran Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.

“Biz Qərbi Azərbaycan vilayətində radioaktiv materialların çıxarılmasına ən azı 5 milyard dollar sərmayə qoymağı planlaşdırırıq, həmçinin burada yeni “Karun” AES-in tikintisinə başlamışıq. Onun gücü ən azı 300 meqavat olacaq”, – İslami bildirib.

Teqlər: