İran qəddar yalan danışır – ABŞ

İran qəddar yalan danışır – ABŞ

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ABŞ-la məhbus mübadiləsi ilə bağlı ilkin razılıq əldə edildiyi barədə açıqlaması yalandır.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays deyib.

“Bu, ailələrin əzabını bir qədər də artıran daha bir xüsusi qəddar yalandır. Biz İranda qeyri-qanuni saxlanılan üç amerikalının azad edilməsi üçün dayanmadan çalışırıq. Onlar öz yaxınlarına qovuşana qədər dayanmayacağıq”, – deyə Prays bildirib.

Teqlər: