İran “qardaşına” PUA verməyə hazırdır

İran “qardaşına” PUA verməyə hazırdır

İran dost ölkələrlə PUA operatorlarının hazırlanması sahəsində əməkdaşlıq etməyə hazırdır.

AzerTimes xəbər verir ki, bu sözləri İran Hərbi Hava Qüvvələrinin komandanı, briqada generalı Həmid Vahidi deyib.

“İranda Şəhid Səttari adına Hərbi Hava Qüvvələri Mühəndislik Akademiyasında PUA fakültəsi açılıb və biz bir neçə ildir ki, bu sahədə operatorlar hazırlayır. Dost ölkələrə bu sahədə əməkdaşlığa hazır olduğumuzu bəyan etmişik”, – o bildirib.

O qeyd edib ki, düşmən radarlarından yayınan pilotsuz təyyarələr yaratmaq planı üzərində işləyirlər:

“Bumi Havapayeh” radarı bir müddət əvvəl uğurla sınaqdan keçirildi və ondan müsbət cavab aldıq. Yaxın vaxtlarda biz bütün qırıcıları bu radarla (radar stansiyası – red.) təchiz edəcəyik”.

Qeyd edək ki, İranın Ermənistana PUA-lar verdiyi və onların idarəsini öyrətmək üçün İrəvana mütəxəssislər göndərdiyi haqda məlumatlar hələ ötən ildən yayılıb.

Teqlər: