İran Qarabağın bərpasında aktiv iştirak etmək niyyətindədir – Nümayəndələr Azərbaycana səfər edəcək

Xəbər - Elnur Bağışov – Trend:

İran Azərbaycanda tikinti materialları sərgisi keçirməyi planlaşdırır.

AzerTimes-ın məlumatına görə, bunu İranın Ərdəbil vilayəti valisinin iqtisadi məsələlər üzrə müavini Ərjəng Əzizi deyib.

Ə.Əzizinin sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər ləğv olunan kimi bu istiqamətdə İranın Ərdəbil vilayətinin özəl sektorunun nümayəndələri Azərbaycana səfər edəcək.


O əlavə edib ki, Azərbaycanla uzun sərhədi olan Ərdəbil vilayəti Azərbaycanla ticarət münasibətlərinin inkişaf etdirilməsi üçün müəyyənləşmiş vilayət seçilib.

Ərdəbil rəsmisi bildirib ki, bu baxımdan vilayət Qarabağın bərpasında aktiv iştirak etmək niyyətindədir. Bu işi özəl sektorda İranın Ərdəbil vilayətinin ticarət palatası, dövlət sektorunda isə İranın Xarici İşlər Nazirliyi həyata keçirəcək.

Teqlər: