İran Qarabağa müdaxilə üçün terrorçu hazırlayır – Bilgin

İran Qarabağa müdaxilə üçün terrorçu hazırlayır – Bilgin

İran İraqın PKK-nın nəzarətində olan Sincar şəhərində terrorçulara təlim keçir.

AzerTimes xəbər verir ki, bu haqda Yılmaz Bilginin “Türkiyə” qəzetində nəşr edilən “Tehranın hədəfi Qarabağı qarışdırmaq ola bilər: İran Sincarda iki min terrorçuya təlim verir” adlı məqaləsində qeyd olunub.

Müəllif İraqdakı mənbələrə istinadla terrorçulara təlim keçən şəxslər, düşərgələrin yeri, eyni zamanda onların sayı barədə məlumat verib:

“Baac yolu və Hanasur-Sincar dağı arasında qurulan iki düşərgədə İrandan gələn mütəxəssislər tərəfindən terrorçulara təlim verilir. Şeyx Əbu Mərvə adlı Həşdi Şəbi komandiri şəxsi heyətlə təminat və logistika vəzifələrini üzərinə götürüb. Terrorçular Həşdi Şəbidəki yezidi terrorçuların içərisindən seçilir. Qapalı düşərgələrdə təlim keçirilənlərin içərisində Suriyadan gələn terrorçular da mövcuddur. Düşərgələrə ümumi nəzarəti Həşdi Şəbinin qolu olan Əsaib Əl-Haqq və Seyid Əl-Şühəda, eyni zamanda Hizbullah silahlıları həyata keçirir. İranlı yüksək səviyyəli mütəxəssislər bununla bərabər Mosul və Bartella nahiyələrindəki iki fərqli düşərgədə şiə milislərinə təlim keçirlər. 2000 PKK terrorçusu və eyni sayda şiə milisinə təlim verilməsinin səbəbi kimi İranın Qarabağa müdaxilə hazırlığı göstərilib”.

Y.Bilgin İraq təhlükəsizlik nümayəndəsinə istinadla bildirib ki, terrorçular gizli bir yerə göndəriləcək, lakin onların göndəriləcəyi yer və göndərilmə məqsədləri bəlli deyil:

“İran ötən aylarda baş konsulluq açdığı Zəngəzurda (21 oktyabr 2022, Qafan – red.) yaşayan və sayları 100 minə çatan yezidilərlə bağlı fəaliyyətə başlayıb. İraq və suriyalı yezidilərin çoxluq təşkil etdiyi Sincar təlim düşərgələrində yezidilərə üstünlük verilməsinin də məqsədi eynidir”.

Teqlər: