İranda dolların məzənnəsi yeni tarixi rekorda imza ataraq 45 min 40 tümənə çatıb.
AzerTimes xəbər verir ki, avronun məzənnəsi də kəskin artaraq 48 590 tümənə yüksəlib.
İran pulunun xarici valyutalara nisbətdə dəyər itirməsi Tehran rəsmilərinin ötən həftələr ərzində valyuta bazarında sabitlik vəd etmələrindən sonraya təsadüf edir.