İsrail ordusu İranın PUA və raketlərinin 99%-ni zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə İsrail ordusundan məlumat verilib.
Məlumata görə, İranın göndərdiyi 185 PUA-nın heç biri İsrailə çatmayıb.
Bildirilib ki, İran ordusu dünənki əməliyyat zamanı İsrailə 36 qanadlı raket və 110 ədəd “yer-yer” tipli ballistik raket atıb.
“İranın PUA və qanadlı raketləri İsrailə çata bilmədi və zərərin əsas hissəsi hava hücumundan müdafiəni aşmış bir neçə ballistik raket tərəfindən olub”, – məlumatda qeyd olunub.
İsrail ordusunun sözçüsü Daniel Haqarinin məlumatına görə, zərbələr zamanı Nevatim aviabazasına cüzi ziyan dəyib.
İsrailin Beer-Şeba xəstəxanası onlara 11 yaralının gətirildiyini bildirib.