Ehtimal ki, İran hakimiyyəti Su-35 qırıcıları müqabilində Rusiyaya pilotsuz təyyarələrin ilk partiyasını göndərib.
AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.
Bildirilib ki, Tehran PUA-nın ilk partiyası ilə birlikdə onlardan istifadənin öyrədilməsi üçün mütəxəssislərini də göndərə bilər:
“Rusiya mətbuatında sanksiyalardan yayınmaq üçün ölkələr arasında aviasiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı məlumatlar yayılıb. Əgər doğrudursa, bu, İranın PUA müqabilində Su-35 təyyarələrini ala biləcəyini deməyə əsas verir”.