

İran İraqdakı proksi qüvvələrinə ilk dəfə uzaqmənzilli raketlər göndərib.
AzerTimes xəbər verir ki, bu barədə “Tayms” qəzeti regiondakı kəşfiyyat orqanlarına istinadla məlumat yayıb.
“Silahların ötürülməsi SEPAH-ın Aerokosmik Qüvvələri tərəfindən təşkil edilib. Digər iki növ raket – Qüds-351 və Camal-69 ballistik raketləri də ötən həftə İraqa qaçaqmalçılıq yolu ilə aparılıb. Raketlərin bəziləri Avropadakı hədəflərə çata bilir”, – məlumatda qeyd olunub.