İran Prezidentinin nümayəndəsi Azərbaycana rəsmi səfərə gəlir

İran Prezidentinin nümayəndəsi Azərbaycana rəsmi səfərə gəlir

İran Xarici İşlər nazirinin müavini Abbas Araxçi Rusiya, Azərbaycan, Ermənistan və Türkiyəyə səfər edəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə bu barədə məlumat yayıb.

Onun sözlərinə görə, səfərin məqsədi Qarabağ münaqişəsinin həlli ilə bağlı təşəbbüs irəli sürməkdir. Səfərin tarixi açıqlanmır.

Bundan əlavə, Araxçi Azərbaycan və Ermənistanla həmsərhəd bölgələrə də gedəcək