İran Prezidenti İbrahim Rəisi Latın Amerikasına 5 günlük səfəri çərçivəsində Venesuelaya gedib.
AzerTimes xəbər verir ki, bu barədə İranın rəsmi dövlət mediası məlumat yayıb.
Bildirilib ki, Venesueladan sonra Kuba və Nikaraquaya səfər edəcək Rəisinin məqsədi əlaqələrin genişləndirilməsi, iqtisadi, siyasi və elmi əməkdaşlığın səviyyəsinin yüksəldilməsidir.