İran prezidenti Məhsa Əmininin ölümündən danışdı

İran prezidenti Məhsa Əmininin ölümündən danışdı

İranlı qız Məhsa Əmininin ölümü ilə əlaqədar hər hansı nöqsan olarsa, mütləq cinayət işi açılacaq.

AzerTimes-ın məlumatına görə, bunu İran prezidenti İbrahim Rəisi İran xalqına müraciətində deyib.

İ.Rəisinin sözlərinə görə, tibbi ekspertiza M.Əmininin ölümü haqda hələlik rəy verməyib. Gələn bir neçə gün ərzində rəy veriləcək.

Qeyd edək ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün güc tətbiq edir.

Teqlər: