İran Prezidenti bu ölkədə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevi qəbul edib

İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikası
Baş nazirinin müavini Şahin Mustafayev mayın 19-da İran Prezidenti
Seyid İbrahim Rəisi ilə görüşüb.

Trend xəbər
verir ki, Azərbaycan Respublikası Baş nazirinin müavini İran
Prezidentinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
salamlarını və xoş arzularını çatdırıb, hər iki ölkə rəhbərlərinin
iradəsi və diqqəti ilə Azərbaycan-İran əlaqələrinin inkişaf
etdiyini vurğulayıb.

Görüşdə ölkələrarası faydalı əməkdaşlığın daha da inkişaf
etdirilməsi, birgə layihələrin icrasının davam etdirilməsinin
əhəmiyyəti vurğulanıb.

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi İranın
Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd
edərək səmimi salamlarının və İrana dəvətinin Azərbaycan
Respublikasının Prezidentinə çatdırılmasını xahiş edib.

Teqlər: