İran dövləti Xoy şəhərində zəlzələdə zərər çəkən əhaliyə yardım etmək yerinə, onların etiraz səsini bütün vasitələrdən istifadə edir.
AzerTimes xəbər verir ki, bununla bağlı “Azad İran” Teleqram kanalı məlumat yayıb.
Yayımlanan videoda polisin təzyiqli su ilə etirazçıları dağıtdığı əks olunub.
Qeyd edək ki, ötən gün Xoyda 6,5 bal gücündə baş verən zəlzələdə 3 nəfər ölüb, 973 nəfər isə yaralanıb. Bu gün isə 4,5 bal gücündə təkrar zəlzələ olub. Zəlzələ Naxçıvanda da hiss edilib.