İsfahan şəhərində küçənin ortasında üç nəfər polis tərəfindən zorakılığa məruz qalıb.
AzerTimes xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı – HRANA məlumat yayıb.
Videodan da göründüyü kimi, polis həmin vətəndaşlara odlu silah tuşlayıb.
Məlumata görə, polisin onları döyməsinə və təhqir etməsinə səbəb üç nəfərin öz şəxsi avtomobili ilə qəza törətməsi olub.
Qeyd olunub ki, zorakılıqla üzləşən hər üç nəfər döyüldükdən sonra həbs edilib.